Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İmran Xan tərəfdarları ilə polis arasında qarşıdurma baş verdi

İmran Xan tərəfdarları ilə polis arasında qarşıdurma baş verdi

Pakistanın keçmiş Baş naziri İmran Xanı həbs etmək üçün evinə gələn polis ilə Xanın tərəfdarları arasında qarşıdurmada baş verib.

Hadisə nəticəsində 8 polis yaralanıb.

Xatırladaq ki, Pakistanın keçmiş Baş naziri və Pakistan Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanın həbsinə iki order verilib.

Bundan sonra Xanın tərəfdarları küçələrə axışıb. Onu həbs etmək üçün Lahordakı evinə gələn polislə nümayişçilər arasında toqquşma baş verib. Polis onlara daş atan qəzəbli kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Editor

Related Posts