
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlunun nəşi ailəsinə təhvil verilib.
19 yaşlı şəhidimiz nəşi yaşadığı ünvana – Sumqayıt şəhərindəki 42-ci məhəlləyə gətirilib.
Vida mərasimində şəhidimizin yaxınları ilə yanaşı, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.
Vida mərasimindən sonra şəhidimiz Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.