Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Novruz süfrəsi açmaq azərbaycanlılara neçəyə başa gələcək?

Novruz süfrəsi açmaq azərbaycanlılara neçəyə başa gələcək?

Ekspertin sözlərinə görə, ölkədə hər hansı bayram ərəfəsində ənənəvi olaraq qiymət artımı müşahidə olunur. Azərbaycanda ərzaq məhsullarının bahalaşması davam edəcək.

Azərbaycanda ərzaq məhsullarının bahalaşması davam edəcək. Birinci 24 xəbər verir ki, bunu “Sputnik Azərbaycan”a müsahibəsində Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Bəs cari ildə Novruz süfrəsi açmaq azərbaycanlılara neçəyə başa gələcək?

E.Hüseynovun sözlərinə görə, ölkədə hər hansı bayram ərəfəsində ənənəvi olaraq qiymət artımı müşahidə olunur.

O bildirib ki, hər hansı bayramlar, xüsusən də Novruz bayramı ərəfəsində ölkədə ənənəvi olaraq məhsulların maya dəyərinin qalxması, keyfiyyətinin aşağı düşməsi müşahidə edilsə də, onlar başa çatdıqdan sonra qiymətlər əvvəlki səviyyəyə düşmür.

Azərbaycanda ən populyar bayramlardan biri – Novruzun istehlak səbətinin qiyməti barədə danışan Hüseynov bu il onu 300 manat həcmində qiymətləndirib ki, bu da ötən ilki göstəricilərdən 20% çoxdur.

Editor

Related Posts