Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hüseyn tənqidlərdən sonra Azərbaycanla bağlı paylaşım etdi 

Hüseyn tənqidlərdən sonra Azərbaycanla bağlı paylaşım etdi 

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloger Hüseyn Həsənov baş verən erməni təxribatı ilə bağlı paylaşım edib.

22.7 milyon izləyicisi olan instaqram hesabında “Allah şəhidlərimizə rəhmət eləsin. Başın sağ olsun, Vətən” sözlərini yazıb.

Sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı birləşmələrinin Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbçisi şəhid olub.

Yerli məşhurlar, o cümlədən rusiyalı, türkiyəli tanınmışlar paylaşım edərək təxribat nəticəsindən həlak olan şəhidlərimizə görə ölkəmizə başsağlığı veriblər. Hüseyn Həsənov isə ünvanına səsləndirilən tənqidlərdən sonra bu haqda paylaşım edib.

Editor

Related Posts