Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Zaqatalada qanunsuz ov edən qohumlar saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bildirilib ki, araşdırma zamanı onların rayon sakinləri, qohumlar – İlqar Bayramovla Bəxtiyar Musayev olduqları müəyyən edilib.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb.

İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

admin

Related Posts