Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Vətən müharibəsinin Kəngərli qəhrəmanları” kitabı təqdim olunub

“Vətən müharibəsinin Kəngərli qəhrəmanları” kitabı təqdim olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunda şəhidlik zirvəsinin müqəddəsliyindən bəhs edən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “Vətən müharibəsinin Kəngərli qəhrəmanları” kitabı təqdim olunub.

Kəngərli Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin rəhbərləri, şagirdlər, şəhidlərin ailə üzvləri və qazilər iştirakı ediblər. Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova və digər çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbədən, ölkəmizdə, o cümlədən Kəngərli rayonunda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğıdan danışıblar.

Sonra Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “Balaca rəssamlar” layihəsi çərçivəsində çap olunan “Vətən müharibəsinin Kəngərli qəhrəmanları” kitabı və şəhidlərimizin portretləri şəhid ailələrinə təqdim olunub.

Şəhid polkovnik-leytenant Sədi Musayevin anası Nəsibə Musayeva şəhid ailələri adından layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edib, qəhrəman övladı ilə bağlı xatirələrini dilə gətirib.

Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Təbriz Zeynalov keçdiyi döyüş yolu və müharibə dövründə şahid olduğu hadisələrdən danışıb.

Sonda xatirə şəkli çəkdirilib.

admin

Related Posts