Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

​​​​​​​Şəhid Polad Şirinov II Fəxri xiyabanda dəfn olunub

Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan daha bir hərbi qulluqçumuz Polad Şirinovun nəşi Bakıya gətirilib.

Polad Şirinovla əvvəlcə Bakının Nəsimi rayonunda yaşadığı evədə vida mərasimi keçirilib.

Daha sonra onun cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana gətirilib.

20 yaşlı şəhidimiz Şirinov Polad Seyran oğlu əslən Yardımlı rayonundandır.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində ordumuzun 71 hərbçisi şəhid olub.

admin

Related Posts