Tanınmış ruhani, Bakının Binə qəsəbə sakini Əli Behiştinin saxlanıldığı iddia olunur.
Onun “Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar” çərçivəsində saxlanıldığı iddia olunur.
Daxili İşlər Nazirliyindən bildirilib ki, bu barədə qurumda məlumat yoxdur.
Xatırladaq ki, daha əvvəl mətbuatda Azərbaycanda inanclı şəxslərə qarşı kütləvi həbslərin keçirilməsi barədə məlumat dərc olunub. İndiyədək 400-dən çox belə şəxsin həbs olunduğu bildirilir.
Bu barədə hələ ki, heç bir rəsmi açıqlama verilməyib.