Today Şənbə, 26th İyul 2025
Birinci 24

Birinci 24

İnanclı fəal 3 il azadlıqdan məhrum edilib

İnanclı fəal 3 il azadlıqdan məhrum edilib

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Tərlan Səyadovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

MBH-dən verilən məlumatda bildirilir ki, iyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda Səyadova hökm oxunub.

O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham edilərək 3 il azadlıqdan məhrum edilib.

Məhkəmədə son sözünü deyən Səyadov heç bir cinayət əməli törətmədiyini bildirib və ittihamları saxta adlandırıb.

“Mənim yalnız bir günahım var, o da inancım və əqidəmdir. Bu gün mən əqidəmə görə məhkum olunuram”, – o qeyd edib.

Səyadov 2024-cü ilin martında saxlanılıb.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı üçün Birliyin iyunun 9-da yenilədiyi siyahıya əsasən, ölkədə 375 siyasi motivlərlə həbs olunan şəxs var və bunlardan 241-i inanclı fəallardır.

Editor

Related Posts