Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda bəzi mətbuat işçilərinə aylardır maaş verilmədiyi bildirilir

Naxçıvanda bəzi mətbuat işçilərinə aylardır maaş verilmədiyi bildirilir

Naxçıvanda bir sıra mətbuat orqanlarında çalışan yüzlərlə əməkdaşa üç aydan artıqdır ki maaş verilmədiyi bildirilir. Bura Naxçıvan Televiziyası, “Naxçıvanın səsi” radiosu, “Şərq qapısı” qəzeti və s.-in daxil olduğu deyilir.

Birinci 24 xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a bu qurumlarda çalışan, təhlükəsizlikləri üçün adlarının çəkilməsini istəməyən bir qrup jurnalist və aparıcı məlumat verib.

Onlar deyib ki, problemlə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb:

“Naxçıvanda hakimiyyət dəyişdikdən sonra maaş ala bilməmişik. Heç vaxt belə olmamışdı. Rəhbərlik deyir ki, bizlik deyil, büdcədə pul yoxdur deyə, pul köçürülmür. Etiraz edəni işdən çıxarmaqla hədələyirlər. Bizim də ailəmiz var, maaşsız necə dolana bilərik? Yuxarı qurumlardan xahiş edirik ki, problemin həll olunmasında bizə kömək etsinlər”.

İddiarla bağlı adı çəkilən mətbuat orqanları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Editor

Related Posts