Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhid Fərid Lətifov Şəki şəhərində dəfn olunub

Şəhid Fərid Lətifov Şəki şəhərində dəfn olunub

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Lətifov Fərid Qiyas oğlu Şəki şəhərində torpağa tapşırılıb.

Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 21 yaşlı Fərid Lətifov “Şəhidlərin Xatirə Kompleksi”nin yerləşdiyi şəhər qəbiristanlığında dəfn olunub. Şəhər rəhbərliyinin, şəhidin qulluq keçdiyi hərbi hissənin əsgər və zabitlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhər sakinlərinin iştirak etdiyi dəfn mərasimində izdiham yaşanıb.

Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Fərid Lətifovun atasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşı açılıb.

Editor

Related Posts