Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Bir şəkil, iki şəhid…

Bir şəkil, iki şəhid…

Düşmən təxribatı nəticəsində şəhid olanlardan biri də Şabran rayon sakini Rəsulov Murad İlqar oğludur.

Silahlı Qüvvələrin leytenantı, 2000-ci il təvəllüdlü Murad Rəsulov iki gün əvvəl rayonun Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, M. Rəsulovun dayısı oğlu Həsənov Xəyal Əliyulla oğlu da Vətən müharibəsində şəhid olub. 1998-ci il təvəllüdlü şəhidimiz 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Editor

Related Posts