Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gülzar Qurbanova:“Tanış olmadığım insanlara zövq vermək istəyirəm”

Gülzar Qurbanova:“Tanış olmadığım insanlara zövq vermək istəyirəm”

“İnsanların çoxu həyatının sonunda geriyə dönüb baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Dəyərini, əhəmiyyətini anlamadan, zövq almadan keçib gedirlər”

Birinci 24 yazır ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial media hesabında yazıb.

O, hər kəsi həyatın mənasını anlamağa səsləyib:

“Mən isə əksər insanlar kimi boş yerə yaşamaq istəmirəm. Faydalı olmaq və ya bütün insanlara, hətta heç tanış olmadığım insanlara zövq vermək istəyirəm. Sadəcə quşları və ağacları seyr etmək və uşaqların gülüşlərini duymaq istəyirəm. Dünyanın bir parçası olmaq istəyirəm.

İnsan olmaqdan başqa bir diləyim yoxdur. Heç bir təmanna güdmədən insanları sevmək diləyi ilə istədiyimiz kimi bir gün olsun”.

admin

Related Posts