Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda avtomobil yaşayış binasına çırpıldı

Naxçıvanda avtomobil yaşayış binasına çırpıldı

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən 71-BD-440 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobil yoldan çıxaraq, səkiyə dəyib.

Nəticədə 2004-cü il təvəllüdlü şəhər sakini Hacıyev Altay Pərviz oğlunun idarə etdiyi avtomobil yaşayış binasına dəyərək dayanıb.

Hadisə nəticəsində, avtomobil tam yararsız vəziyyətə düşüb, sürücüsü isə xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts