Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qaynar xətti” fəaliyyətə başlayıb

Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qaynar xətti” fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “255” qısa nömrəsi və 545-64-58 nömrəli qaynar xətti fəaliyyətə başlayıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, vətəndaşlar qaynar xətt vasitəsilə nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə bağlı müraciət edə bilərlər.

Həmçinin qaynar xətt məlumat, sorğu, şikayət, eləcə də qeyd edilən fəaliyyət istiqamətləri üzrə vətəndaşın qarşılaşdığı hüquq pozuntuları ilə bağlı müraciətlərinin operativ şəkildə cavablandırılmasına xidmət edir.

Qaynar xətt həftənin iş günləri saat 9:00-dan 18:00-dək vətəndaşların xidmətindədir. Qaynar xəttə şəhər telefonlarından və “Naxtel” mobil operatoru üzərindən müraciət etmək mümkündür.

admin

Related Posts