Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub

Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.

Birinci 24 İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik Elmar Tağıyev təyinat alıb. O, bundan əvvəl SHXÇDX-nin Katibliyinin rəisi olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib və SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

admin

Related Posts