Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Moldova KİV-ləri Azərbaycan əsgərinin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını pisləyən məqalələr yayıb

Moldova KİV-ləri Azərbaycan əsgərinin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını pisləyən məqalələr yayıb

Moldova kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun əsgərinə ermənilər tərəfindən işgəncələrin verilməsi və onunla qəddar rəftar olunmasına dair məqalələr dərc edilib.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Noi”, “Timpul” və digər xəbər portallarında yayılan məqalələrdə azərbaycanlı əsgərə qarşı ağır işgəncələrin verilməsini 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirilib.

“Noi” portalında dərc olunan məqalədə Azərbaycanın insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Ermənistanda saxlanılan hərbçilərimizə qarşı işgəncə və qeyri-insani rəftar faktına münasibət bildirilib. Aidiyyəti beynəlxalq təşkilatlar bu faktlara münasibət bildirməyə və Ermənistanı beynəlxalq hüquq normalarına uyğun olaraq tələblərə əməl etməyə çağırılıb.

“Timpul” saytında isə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalkonun və Azərbaycan Xarici İşlər Nazirliyinin hadisəni pisləyən açıqlamalarına yer verilib.

admin

Related Posts