Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Avropa Məhkəməsi Azərbaycanı 75 min avro cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı 75 min avro cərimələdi

Ötən gün, aprelin 13-də Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 38 şikayət üzrə 4 yekun qərardadını elan edib və hökumətin üzərinə ərizəçilərə 75 min avro təzminat ödəmək öhdəliyi qoyub.

Birinci 24 xəbər verir ki, bu barədə “aihmaz.org” saytının yaydığı məlumatda bildirilib.
Məlumata görə, qərardadlar tərəflərin dostca anlaşmaları və hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsasən çıxarılıb.

Füzuli Hüseynov və 5 başqa ərizəçi Azərbaycana qarşı
Bu işdə 6 ərizəçi (Füzuli Hüseynov, Ramid Nağıyev, Rəvan İsmayılov, Əlifaga Abdullayev, Rəmzi Şıxəliyev, Mətanət Mahmarzayeva) toplaşmaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edirdilər. Dostca anlaşmaya görə, hökumət hər ərizəçiyə 2850 avro ödəyəcək.

Ümman Səfərov və 19 başqa ərizəçi Azərbaycana qarşı
Bu işdə ədalətli məhkəmə araşdırması, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilmişdi. Yekun qərar hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərara görə, hökumət ərizəçilərdən Əhsən Nuruzadəyə 2250, digər 19 ərizəçinin (U.Səfərov, Hüseynağa Bünyatov, Ramiz Cəfərov, Kənan Əzizli, Mehdi Nağıyev, Ceyhun İslamov, Rövşən Quliyev, Saqif Qurbanov, Ayaz Qasımov, Orxan Səlimzadə, Şəmistan Həziyev, Mahir Rüstəmli, Aqil Əliyev, Məhərrəm Rzayev, Tofiq Məmmədov, Baba Süleymanov, Nicat Abdullayev, Elçin Teymurov, Vəfadar Əliyev) hər birinə 1250 avro təzminat ödəyəcək.

Şahlar Həsənov və 2 başqa ərizəçi Azərbaycana qarşı
Bu işdə də ədalətli məhkəmə araşdırması və azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilmişdi. Dostca anlaşmaya əsaslanan qərara görə, hökumət Qorxmaz Əliyevə 1250, İlqar Hüseynov və Ş.Həsənovun hər birinə 2250 avro ödəməlidir.

Usuf Abulov və 8 başqa ərizəçi Azərbaycana qarşı
Bu işdə toplaşmaq, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilmişdi. Tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərdən Abulov və Rövşən Əhmədliyə 4150, digər 7 ərizəçinin (Həsənəli Baxşəliyev, İsrafil Ələkbərzadə, Ayaz Məhərrəmov, İlqar Quliyev, Ruslan Əmirov, Bəxtiyar İmanov, Rəfael Hüseynzadə) hər birinə 2850 avro təzminat ödəyəcək.

Editor

Related Posts