Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Səmərqənddə İlham Əliyevlə Vladimir Putin arasında görüş keçirilib

Səmərqənddə İlham Əliyevlə Vladimir Putin arasında görüş keçirilib

“Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanmasından sonra Rusiya ilə münasibətlərdə müsbət dinamika müşahidə edilir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Səmərqənddə keçirilən ikitərəfli görüşü zamanı bildirib.

Dövlət başçısı bir neçə ay öncə müxtəlif sektorlar üzrə də mühüm sənədlərin imzalandığını xatırladıb və bütün istiqamətlərdəki əməkdaşlıq baxımından bu ilin yüksək göstəricilərlə başa vurulacağından əmin olduğunu deyib.

Həmçinin, Prezident Ermənistan-Azərbaycan sərhədində baş vermiş münaqişəyə operativ reaksiyaya görə Putinə təşəkkür edib.

“Ermənistanla sərhəddə iki günə yaxındır ki, atəşkəs rejiminə əməl olunur. Ölkələrin heç birinin münaqişəni gərginləşdirmək niyyəti olmayıb” – deyə İlham Əliyev bəyan edib.

Putin isə öz növbəsində Azərbaycanla Ermənistan arasında vəziyyətin gərgin olaraq qalmasından narahatlığını ifadə edib. O, ölkəsilə Azərbaycan arasında münasibətlərin çox uğurla inkişaf etdiyini vurğulayıb.

Editor

Related Posts