Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Çinin müdafiə naziri Rusiyaya səfər edəcək

Çinin müdafiə naziri Rusiyaya səfər edəcək

Çinin müdafiə naziri Li Şanfu aprelin 16-dan 19-dək Rusiyada səfərdə olacaq.

Çinin Müdafiə Nazirliyi səfərin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacağını açıqlayıb. Bu, Li Şanfunun Çinin müdafiə naziri vəzifəsində ilk xarici səfəri olacaq.

Nazir Li Şanfunun səfər zamanı Rusiya silahlı qüvvələrinin rəhbər şəxsləri ilə görüşəcəyini bildirən Çin Müdafiə Nazirliyinin rəsmisi Tan Kefey əlavə edib ki, iki ölkə arasında hərbi sahədə əlaqələr dövlət başçılarının iradəsi ilə strateji kommunikasiya, birgə təlimlər və praqmatik əməkdaşlıq sayəsində yüksək səviyyəyə qalxıb.

Qeyd edək ki, Çinin müdafiə nazirinin Rusiyaya gözlənilən səfəri Ukrayna müharibəsi ilə əlaqədar Qərbin Çinə Rusiya ilə hərbi sahədə əməkdaşlığı genişləndirməmək, o cümlədən Ukrayna müharibəsində istifadə olunması üçün Rusiyaya silah-sursat verməmək barədə xəbərdarlığı fonunda baş tutacaq.

Editor

Related Posts