Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələr nəticəsində 104 nəfər işlə təmin olunub

Naxçıvan Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələr nəticəsində 104 nəfər işlə təmin olunub

2023-cü ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlərə keçirilən işə qəbul imtahanları nəticəsində 104 nəfər işlə təmin olunub.

Mərkəzin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, müəllimlərin işə qəbul imtahanlarında 67 nəfər, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə işə qəbul üçün keçirilən imtahanlarda 25 nəfər, musiqi məktəblərinə keçirilən imtahanlarda isə 4 nəfər uğur qazanaraq müvafiq vəzifələrə təyin olunub. Ötən dövr ərzində ehtiyat kadrlar siyahısından 8 nəfər işlə təmin edilib.

Bundan başqa, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində məsləhətçi vəzifəsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində məsləhətçi – məhkəmə iclas katibi və hakim köməkçisi vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibələrə, eyni zamanda Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə və Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə işə qəbul üçün elan edilmiş müsabiqələrə sənəd qəbulu başa çatıb.

Ədliyyə Nazirliyində vakant icra məmuru vəzifələrinin tutulması üçün elan edilmiş müabiqəyə sənəd qəbulu isə mayın 1-dək davam edəcək. Sənəd qəbulu başa çatdırılmış orqanlar üzrə test imtahanları və müsahibələrin qarşıdakı bir ay müddətində keçirilməsi nəzərdə tutulub.

admin

Related Posts