Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yeniyetmələr arasında keçirilən basketbol birinciliyi yekunlaşıb

Yeniyetmələr arasında keçirilən basketbol birinciliyi yekunlaşıb

Ümumtəhsil məktəblərində təhsil alan yeniyetmələr arasında basketbol üzrə keçirilən muxtar respublika birinciliyi yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində keçirilən yarışın həlledici qarşılaşmasında “Naxçıvan” və “Ordubad” komandaları meydana çıxıb.

Naxçıvan basketbolçuları yarışın qalibi olublar. Üçüncü yer uğrunda keçirilən oyunda “Kəngərli” ilə qarşılaşan “Culfa” komandası ilk üçlükdə yer alıb. Komandaların üzvlərinə diplom və kubok təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Basketbol Federasiyası tərəfindən təşkil olunan yarış 2 gün davam edib. Birincilikdə 6 komanda “play-off” əsasında mübarizə aparıb.

admin

Related Posts