Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nehrəmdə 115 nəfər oftalmoloji müayinələrdən yararlanıb

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti bölgələrdə humanitar tibbi aksiyaları davam etdirir.  Bu dəfə xəstəxananın oftalmoloq heyəti Babək rayonunun Nehrəm qəsəbəsində olub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-oftalmoloqu Kəmalə Əliyevanın rəhbərliyi ilə keçirilən aksiyada tibbi heyət rayon sakinlərini oftalmoloji müayinələrdən keçirib, ehtiyacı üzrə müalicə işi aparıb.

Gün ərzində 115 nəfər müayinə edilib. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib və tibbi məsləhətlər verilib.    

admin

Related Posts