Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran mətbuatında Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı məqalələr yayımlanıb

İran mətbuatında Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı məqalələr yayımlanıb

Azərbaycan Prezidenti İlham Əliyevin Salyan şəhərinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə İranın kütləvi informasiya vasitələrinin diqqətində olub.

İranın “Jadidpress”, “İRNA”, “Mashreghnews”, “Entekhab”, “Noandish”, “Parstoday” saytları dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlərin əsas məqamlarına toxunub. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib və burada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu deyib.

Yazılarda Prezident İlham Əliyevin “Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar” ifadəsi xüsusilə diqqətə çatdırılıb.

Editor

Related Posts