Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Formula 1”lə bağlı Bakıda daha bir marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

“Formula 1”lə bağlı Bakıda daha bir marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 2023-cü ildə tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) 149 nömrəli marşrutun hərəkət sxemində dəyişikliklərin edilməsi planlaşdırılır.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, 149 nömrəli marşrut üzrə avtobusların hərəkəti alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – Elmlər Akademiyası metro stansiyası – Mətbuat prospekti ilə təşkil ediləcək.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.

Editor

Related Posts