Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gənclər təmizlik aksiyası keçirib

Gənclər təmizlik aksiyası keçirib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, 22 Aprel – Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar keçirilən aksiyada könüllü gənclərdən ibarət qruplar, eləcə də təşkilatçı qurumların əməkdaşları iştirak ediblər.

“Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi altında baş tutan aksiya zamanı Babək rayonu ərazisində yerləşən Uzunoba gölü ətrafında və “Gənclər bağı”nda təmizlik işləri aparılıb, təbiətə qayğı göstərilib. Gənclər ağac və tinglərə qulluq göstərib, əraziləri alaq otlarından, daşlardan və tullantılardan təmizləyiblər.

Bu cür aksiyalar Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların çoxalmasına, ərazilərin məişət tullantılarından təmizlənməsinə, gənclərin muxtar respublikanın təbiəti haqda ətraflı məlumat almasına və ona qayğı göstərməsinə xidmət edir.

admin

Related Posts