Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhid ailələri və qazilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

Şəhid ailələri və qazilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının kollektivi, şəhid ailələri, eləcə də I və II Qarabağ müharibəsinin iştirakçıları Heydər Əliyev Muzeyində olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, muzeydə iştirakçılara ümummilli liderin zəngin dövlətçilik fəaliyyətindən bəhs edilib, ekspozisiya ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Qeyd olunub ki, dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyəti, şərəfli həyat yolu haqqında dolğun məlumat almağa imkan verir.

admin

Related Posts