
Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıqla bağlı işlərin qısa vaxta başa çatdırılması və Dövlət Gömrük Komitəsində yaradılmış müvafiq komissiya tərəfindən hazırlıq işlərinin yerindəcə yoxlanılması qərara alınıb.
Komitə sədri qeyd edib ki, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının idxalının qarşısının alınması ilə bağlı tədbirlər daim diqqət mərkəzində saxlanılacaq, gömrük orqanları muxtar respublikada təhlükəsiz həyatın təmin olunmasına öz töhfəsini verəcəkdir.