Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail Azərbaycana iki peyk tədarük edcək

İsrail Azərbaycana iki peyk tədarük edcək

Yaxın vaxtlarda İsrailin müdafiə sənayesi müəssisələrindən biri Azərbaycana 120 milyon dollar dəyərində iki peyk tədarük edəcək.

Bu barədə İsrailin xarici işlər naziri Eli Koheni aprelin 18-19-da Azərbaycana səfəri zamanı müşayiət edən jurnalist məlumat yayıb.

Xatırladaq ki, ötən gün, aprelin 20-də, “Azersky” peyki ilə məlumat mübadiləsi dayanıb.

ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, “Azersky” peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur.

Editor

Related Posts