Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

NDU-da respublika elmi-praktiki konfransı keçirilib

NDU-da respublika elmi-praktiki konfransı keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Konfransda universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının bir sıra xarici universitetlərlə həyata keçirilən proqram və layihələrindən bəhs edib, İngilis dili ixtisası müəllimlərinin son illərdə beynəlxalq konfranslarda, layihələrdə iştirak edərək sertifikatlar əldə etdiklərini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Digər çıxışlarda bildirilib ki, xarici dilin tədrisi zamanı müasir metodların tətbiqi önəmli məsələlərdəndir. Hər bir müəllim tədris etdiyi kursun bu kimi tələblərə nə dərəcədə cavab verdiyini müəyyənləşdirməlidir. Hazırda müxtəlif dillərin tədrisi zamanı fikrini xarici dildə ifadə etmək və xarici dildə nitqi başa düşmək kimi iki tələb əsas götürülür. Bu tələblərin irəli sürülməsi bir daha göstərir ki, xarici dillərin tədrisində əldə ediləcək uğurlar əsasən metodika ilə bağlıdır.

Tədbirdə xarici dillərin tədrisində müasir metodlardan istifadənin məqsədi, xarici dillərin tədrisinin aktual problemləri və digər mövzular barədə ətraflı söhbət aparılıb.

Daha sonra konfrans ənənəvi və onlayn olmaqla bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında 92 məruzə dinlənilib.

admin

Related Posts