Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babəkdə “Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib

Babəkdə “Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva böyük şəxsiyyət Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti barədə danışıblar.

Bildirilib ki, Azərbaycanın hər bir guşəsində ümummilli lider Heydər Əliyevin imzası, müəyyənləşdirdiyi siyasətin uğurlu nəticələri görünür. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bütövlükdə, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ölkəmizin həyatında böyük ictimai-siyasi hadisədir.

Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunan filmə baxış olub.

admin

Related Posts