Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezidentin Sərəncamına əsasən, Naxçıvanda 265 nəfərə birdəfəlik maddi yardım veriləcək

Prezidentin Sərəncamına əsasən, Naxçıvanda 265 nəfərə birdəfəlik maddi yardım veriləcək

Prezident İlham Əliyev aprelin 27-da “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası üzrə həmin müharibənin iştirakçısı olmuş 4 nəfərin hər birinə 1500 manat veriləcək. Bununla yanaşı, sözügedən sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 261 nəfərin hər birinə isə 750 manat birdəfəlik maddi yardım veriləcək.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu məlumatlar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında yerləşdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət ümumilikdə 3729 şəxsə şamil olunacaq.

admin

Related Posts