Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilib

Naxçıvanda Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilib

Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə muxtar respublikada tədbirlər davam edir.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Tibb Kolleci, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Şərur Rayon İcra Hakimiyyətinin kollektivlərinin iştirakı ilə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

İştirakçılar Kəngərli rayonunun Şahtaxtı kəndində görkəmli akademikin adını daşıyan məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeyin eksponatlarına baxıblar.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata malik əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib. Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılıb. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.

Çıxışlarda vurğulanıb ki, Zərifə Əliyeva “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə və oftalmologiya sahəsində ən yüksək akademik “Averbax” adına mükafata layiq görülüb. Zərifə xanım Əliyeva bu mükafata layiq görülən ilk qadındır.

Tədbirlərdə Zərifə xanım Əliyevanın mənalı ömrü və parlaq fəaliyyəti ilə bağlı müxtəlif mövzularda çıxışlar dinlənilib, onun elmi irsindən indiki və gələcək nəsillərin hər zaman lazımınca bəhrələnəcəyi bildirilib.

Çıxışların ardınca görkəmli alimin şərəfli həyat yolundan bəhs edən film nümayiş olunub, şeirlər bədii qiraət edilib, musiqi nömrələri səsləndirilib.

admin

Related Posts