Today Çərşənbə axşamı, 22nd Aprel 2025
Birinci 24

Birinci 24

Aytən Səfərova։“Toydan əvvəl ən çox qız evi xərcə düşür”

Aytən Səfərova։“Toydan əvvəl ən çox qız evi xərcə düşür”

“Qayınanalar əvvəldən pərdənn rəngini də özləri deyir. Toydan əvvəl ən çox xərcə düşən qız evi olur. Oğlan evi sadəcə zinət əşyası gətirib, oturur”.

Birinci 24 yazır ki, bu sözləri “Xəbər ertəsi” proqramında aparıcı Aytən Səfərova deyib. O, toydan əvvəl qız evinin çox xərcə düşməsinə irad bildirib:

“Oğlanın anası da övladını tərifləyir. Elə bilirsən, o, Apollondur, Zevsdir, sanki Məlikməmmədin 7 başlı əjdahasıdır. Cüssəlidir. Düşünürsən ki, bu Bahadır kimdir oturub? Bu mənim oğlumdur, sizə də iki sırğa, bir qolbaq, boyunbağı gətirəcəyik. Siz bizə yataq, şkaf gətirməlisiz. Zalda şkafdakı qabları də gəlin işlətmir, illərlə orada qalır. Muzey kimi, gələn deyir, filankəsin belə qab-qacağı var. Nəyə lazımdır ki, qız evini bu qədər əziyyətə salırsız? Bəzi ailələr evləndikdən sonra qızın özünü də əziyyətə salır. Oğlan da, nə oğlan! Baxıb deyirsən, bəy budur?”.

admin

Related Posts