Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“İmkan vermərəm kimsə mənə irad tutsun…” – Sənubər İsgəndərli

“İmkan vermərəm kimsə mənə irad tutsun…” – Sənubər İsgəndərli

“Teatr forumunun gözəlliyi onda idi ki, hamının içində yığılıb qalan, bütün problemlər danışıldı. Danışılmaqla bərabər, həm də dinlənildi. Bu çox gözəl bir şeydir. Danışdıq, dinləndik, bizi eşitdilər. Çünki çoxdandır bizi eşidən yox idi. Bundan sonrakı mərhələ mənə maraqlıdır. Bu danışılanların heç olmasa 30-40 faizi həyata keçsə, çox gözəl olar. Çünki orada bir neçə problem də səsləndi ki, onlara görə zaman lazımdır. Heç olmasa qısa zaman kəsiyində nəyisə etmək olarsa, onları gözləyirik. Onlar da həll olunarsa, bu forumun nailiyyətlərindən biri olacaq”.

Birinci 24 xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib.

“Teatrda fors-majorlar da, improvizələr də, çıxılmaz vəziyyətlər də olub. Çünki canlı sənətlə məşğul oluruq. Hər şey ola bilər. Heç vaxt rejissor iradı eşitməmişəm. Bu məndə ömründə olmayıb. Mən işimə qarşı o qədər məsuliyyətliyəm ki, imkan vermərəm ki, kimsə mənə irad tutsun. Həyatı boyu mən işə də, məşqə də gecikməmişəm. İşimi elə qurmuşam ki, mənə artıq söz gəlməsin. Şükür Allaha ki, buna nail olmuşam. Rejissora heç vaxt deməmişəm ki, “bu rol mənim idi, niyə onu mənə vermədin?”. Hətta mənim iş yoldaşlarım belə deyiblər ki, “bu rol sənin idi, onu niyə sənə vermədilər?”. Mən belə şeylərə gülüb keçmişəm. Mən həyatda nə mala, nə mülkə, nə də həyatın hansısa nemətinə yapışıb qalan adam deyiləm! O ki, qala rol olsun! Heç vaxt, heç bir rol arzusunda olmamışam, rollar özləri gəlib məni tapıb. Rola görə qanımı qaraldanlardan deyiləm. Rol üçün dava edə bilmərəm. O nədir ki, ondan ötrü mən qanımı qaraldım?”, – deyə sənətkar bildirib.

Sənətkar xalq artisti Afaq Bəşirqızının sənətkarlar üçün xüsusi qəbirstanlıq tələb etməyinə də münasibət bildirib.

“Bütün dünya ölkələrində məxsusi sənətkarlar üçün qəbirstanlıqlar mövcuddur. Bu da Afaq xanımın fikridir. Afaq xanımın bir neçə təklifi olub, bu da onun təkliflərindən biridir. Mənim bu günki fikrim Azərbaycan teatrının sabahı və dünya arenasına çıxmağıdır”, – deyə aktrisa bildirib.

admin

Related Posts