Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanlı cüdoçu erməni rəqiblərini məğlub edib

Naxçıvanlı cüdoçu erməni rəqiblərini məğlub edib

ABŞ-nin Kaliforniya ştatında (Azusa şəhəri) cüdo üzrə 31-ci “Golden State Open” turniri keçirilib. 28-30 aprel tarixlərini əhatə edən yarışda kiçiklər, yeni başlayanlar, böyüklər və veteranlar iştirak edib. Amerikada yaşayan naxçıvanlı cüdoçu yarışda uğur qazanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, həmyerlimiz Oğuzxan Quliyev turnirdə 42 kq-dan aşağı çəki dərəcəsində Azərbaycanı təmsil edib. İdmançımız ilk iki görüşündə erməni rəqibləri Tiqran Sukiasyan və Davit Deqoyanı məğlub edərək finala adlayıb.

Həlledici mərhələdə rəqib erməni klubunu təmsil edən monqol idmançısı Tengis Batbaatar olub. Reqlamentə əsasən, qalib iki görüşün nəticəsinə görə bəlli olub. Təmsilçimiz hər iki cəhddə rəqibini “ippon”la məğlub edərək qızıl medala layiq görülüb.

admin

Related Posts