Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tanınmış qələm və incəsənət adamları Naxçıvanda olacaq

Tanınmış qələm və incəsənət adamları Naxçıvanda olacaq

Naxçıvanda Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Naxçıvan Kitab Sərgisi keçiriləcək.

“Naxçıvan” Universitetinin İctimaiyyətlə əlaqələr sektorundan Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Elxan Elatlı, Varis, Zahid Xəlil, bədii qiraətçi Xəzər Süleymanlı və şair Rüstəm Behrudi kimi tanınmış qələm və incəsənət adamlarının iştirak edəcəyi sərgidə məşhur yazıçıların imza mərasimləri baş tutacaq. Eyni zamanda E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.

Bununla yanaşı, kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi” mövzularla panel müzakirələrə qatılacaqlar.

Sərgi çərçivəsində “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.

Qeyd edək ki, “Naxçıvan” Universitetində 13-14 may tarixlərində baş tutacaq sərgi saat 10:00-dan 20:00-a qədər davam edəcək.

Sərgi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə baş tutacaq.

admin

Related Posts