Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dövlət Miqrasiya Xidmətində ulu öndərə həsr olunan tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində ulu öndərə həsr olunan tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan tədbir keçirilib.

Xidmət rəisinin müavini Elnur Məmmədov çıxış edərək bildirib ki, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, müdrik lider Heydər Əliyevin siyasi hakimiyyətinin bütün dövrlərində ölkəmizin milli tərəqqisi naminə qətiyyətlə mübarizə aparılıb, müstəqil dövlətçiliyimizin konseptual əsasları hazırlanılmaqla sosial-iqtisadi inkişafa nail olunub, Azərbaycan xalqının müstəqil dövlətçilik ideyaları formalaşdırılıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatının məsləhətçisi David Həsənov “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin hələ çox kövrək və təhlükə qarşısında olduğu bir zaman kəsiyində cəmiyyətin bütün təbəqələri ümummilli liderin ətrafında sıx birləşməyə, dərin zəkasının köməyi ilə xalqı fəlakətdən, müstəqil dövlətimizi məhv olmaqdan xilas etməyə can atırdı. Bu baxımdan dahi şəxsiyyət Heydər Əliyevin liderliyində Yeni Azərbaycan Partiyasının yaranması məhz tarixi zərurətdən irəli gəlib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü ilə bağlı çıxışı dinlənilib. Çıxışda sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar və reallaşdırdığı tədbirlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunması diqqətə çatdırılıb.

admin

Related Posts