Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan FHN-də “Ulu öndər Heydər Əliyev və milli dövlətçilik” mövzusunda tədbir keçirilib

Naxçıvan FHN-də “Ulu öndər Heydər Əliyev və milli dövlətçilik” mövzusunda tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində “Ulu öndər Heydər Əliyev və milli dövlətçilik” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində davam etdirilən tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, polkovnik Şahin Mirzəyev bildirib ki, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi göstərən Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu, xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır.

Ulu öndərin “bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” kəlamını xatırladan nazir bildirib ki, ümummilli lider Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq hər bir azərbaycanlının təhlükəsizliyinin təminatı, baş verə biləcək təbii və texnogen halların aradan qaldırılması istiqamətində mühüm qərarlar qəbul edib, müvafiq işlər görüb.

Çıxışının sonunda nazir əminliklə vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.

Tədbirdə “İnsanların təhlükəsiz yaşaması ulu öndər Heydər Əliyev üçün prioritet sahələrdən biri olub” və “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzularında da çıxışlar dinlənilib.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış olub.

admin

Related Posts