Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət edib

Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət edib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət edib.

Kollektiv əvvəlcə ulu öndərin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad edib.

Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Diqqətə çatdırılıb ki, Sədərək rayonunun yaranması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlayıb, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunub. Milli Qurtuluşdan başlanan yol müstəqillik illərində rayonu müasir yaşayış məntəqəsinə çevirib. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin edib.

Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmə baxış olub.

admin

Related Posts