Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa və vətənə xidmət nümunəsidir” mövzusunda elmi konfrans keçirilib.

Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ümummilli liderin parlaq, zəngin və şərəfli həyat yolu, bənzərsiz siyasi və dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri barədə məlumat verib.

Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikası da Heydər Əliyev ideyalarının işığında uğurla irəliləyir, yeni nailiyyətlər qazanılır.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Azərbaycanın inkişafında dönüş mərhələsi (1969-1982-ci illər)”, institutun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin “Ümummilli lider Heydər Əliyevin ermənilərin Azərbaycana ərazi iddialarına qarşı mübarizəsi” və tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzularında çıxışları dinlənilib. Çıxışlarda ulu öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyətindən, həmçinin Naxçıvana rəhbərliyi dövründə həyata keçirilən tədbirlərdən geniş söhbət açılıb.

admin

Related Posts