Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə 2023-cü ilin fevralından bəri 33 mindən çox zəlzələ qeydə alınıb

Türkiyədə 2023-cü ilin fevralından bəri 33 mindən çox zəlzələ qeydə alınıb

Türkiyədə 2023-cü ilin fevralından bəri 33 mindən çox zəlzələ qeydə alınıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Belə ki, cari ilin fevral ayının 6-dan may ayının 6-dək olan müddətdə Türkiyədə 33 077 zəlzələ qeydə alınıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb.

admin

Related Posts