Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Musiqi Kollecinin tələbələri “Sən elə bir zirvəsən” respublika müsabiqəsində yüksək nəticə əldə edib

Naxçıvan Musiqi Kollecinin tələbələri “Sən elə bir zirvəsən” respublika müsabiqəsində yüksək nəticə əldə edib

Bakı şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” respublika müsabiqəsi keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Musiqi Kollecinin tələbələri Gülay Ağazadə “Bədii qiraət” nominasiyası, Nurtac Aslanova və Elçin Nəcəfov isə “Rəqs” nominasiyası üzrə I yerin qalibi olublar.

Kollecin digər tələbəsi Elvin İsmayılov da öz növbəsində “Vokal nominasiyası” üzrə III yerə layiq görülüb.

admin

Related Posts