Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ötən ay muxtar respublikadakı muzeyləri 38 min 838 nəfər ziyarət edib

Ötən ay muxtar respublikadakı muzeyləri 38 min 838 nəfər ziyarət edib

Ötən ay Naxçıvan Muxtar Respublikadakı muzeyləri 38 min 838 nəfər ziyarət edib.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, apreldə Naxçıvan Muxtar Respublikası sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikaya səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılıb.

Məlumata görə, apreldə muxtar respublikadakı muzeyləri 36 min 819 nəfər yerli, 2 019 nəfər əcnəbi olmaqla, ümumilikdə, 38 min 838 nəfər tamaşaçı ziyarət edib, muzeylərə 468 yeni eksponat daxil olub.

admin

Related Posts