Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ermənistan ABŞ-ın köhnə dostudur” – Pelosi

“Ermənistan ABŞ-ın köhnə dostudur” – Pelosi

”İrəvana məhz Nümayəndələr Palatasının 2019-cu ildə Osmanlı İmperiyasında 1,5 milyon erməninin öldürülməsini soyqırım kimi tanıyan 296 saylı qətnaməni qəbul etməsindən, prezident Baydenin erməni soyqırımını rəsmən tanıyan ilk prezident olmasından sonra səfər etməkdən qürur duyuruq. Heç vaxt unutmamaq – bu, hamının mənəvi borcudur və bütün dünyada, o cümlədən Rusiya tərəfindən Ukraynaya qarşı vəhşiliklər törədilməsi baxımından xüsusi aktuallıq kəsb edir”. AzVision.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfərinin məqsədini açıqlayarkən deyib.

“Konqres nümayəndə heyətimizin Ermənistana səfəri ABŞ-ın Ermənistanda əmin-amanlıq, inkişaf və demokratiyanın, Qafqazda sabitliyin təmin olunması istiqamətində sarsılmaz əzminin güclü simvoludur. Hökumət rəhbərləri, vətəndaş cəmiyyətləri və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə işgüzar görüşlər zamanı biz ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistanın çoxdankı dostu kimi, Qarabağ “münaqişəsi”nin həlli istiqamətində qəti və daimi dəstəyini ifadə edəcəyik.

Bizim Konqresin nümayəndə heyətinin hörmətli üzvləri lap əvvəldən Ermənistanın hörmətli müdafiəçiləridir.

Qadın Konqresmenlər Anna Eşu və Ceki Spir həm qürurlu erməni əsilli amerikalılar olaraq, həm də Amerikanın ən böyük erməni əhalisinin məskunlaşdığı Kaliforniya sakinləri kimi bu mübarizədə öhdəliklər götürüblər. Nyu-Cersidən olan sədr Frank Pallone uzun müddətdir Konqresin Erməni Problemləri Qrupunun həmsədridir.

Nümayəndə heyətimiz Ermənistan Respublikası ilə tərəfdaşlığımızı gücləndirmək və regionda dəyərlərimizi və maraqlarımızı inkişaf etdirmək üçün davamlı məhsuldar görüşləri səbirsizliklə gözləyir”.

Editor

Related Posts