Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan teatrının 140 illiyi qeyd edilib

Naxçıvan teatrının 140 illiyi qeyd edilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının yaranmasının 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edərək Naxçıvan teatrının yaranma tarixi və inkişaf mərhələləri, teatrın təşəkkül tapmasında xidməti olan şəxsiyyətlər barədə məlumat verib. Qeyd olunub ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafı ötən əsrin 70-ci illərinə təsadüf edir. Məhz bu dövrdə ümummilli lider Heydər Əliyev milli teatrın, o cümlədən Naxçıvan teatrının inkişafına, yeni yaradıcılıq uğurları əldə etməsinə böyük qayğı ilə yanaşıb.

Teatr fəaliyyətinə göstərilən diqqət və qayğının bu gün də davam etdiyini bildirən Həsən Kərimov vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” Sərəncamı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” statusu verilməsi haqqında Qərarı bu qədim sənət ocağının milli teatrın inkişafında, o cümlədən mədəni və ictimai sahədə fəaliyyətinə verilən qiymətin bariz ifadəsidir.

Həsən Kərimov Naxçıvan teatrının yaranmasının 140 illik yubileyi münasibətilə teatrın kollektivini, bu sahədə çalışan əməkdaşları və teatrsevərləri təbrik edib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra Naxçıvan teatrının yaranmasının 140 illik yubileyi münasibətilə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında səhnələşdirilən eyniadlı yeni tamaşa nümayiş olunub.

Prezident mükafatçısı, gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın quruluşçu rəssamı əməkdar rəssam Səyyad Bayramovdur. Tamaşa alqışlarla qarşılanıb.

admin

Related Posts