Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkilib

Xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda 15 May-Beynəlxalq Ailə Günü ilə əlaqədar Naxçıvan şəhər Qaraçux kəndində və Şərur rayonun Axura kəndində yaşayan sağlamlıq imkanları məhdud üzvü olan və çoxuşaqlı aztəminatlı ailələrə baş çəkilib.

Ailələrlə görüşdə bildirilib ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən diqqət və qayğı onların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sosial təminatlarının gücləndirilməsinə müsbət təsir göstərir. Xüsusən bayram və əlamətdar günlərdə bu kateqoriyadan olan ailələrlə görüşlər keçirilir, onlara ehtiyaclarına uyğun yardımlar verilir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən gətirilən ərzaq payı ailələrə təqdim edilib.

admin

Related Posts