Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Afaq Bəşirqızı:“Çimərlik geyimində ziyarətgaha gəlmişdilər”

Afaq Bəşirqızı:“Çimərlik geyimində ziyarətgaha gəlmişdilər”

Xalq artisti Afaq Bəşirqızı TikTok-un canlı yayımında başına gələn hadisədən danışıb.

Birinci 24 yazır ki, ziyarətgaha yollanan sənətçi yaşadığı anları belə nəql edib:

“Bir dəfə ürəyim həddindən ziyadə sıxıldı. Dedim ki, durun məni Mirmövsüm Ağanın ziyarətgahına aparın. Çimərlik geyimində ziyarətgaha gəlmişdilər. Üstündən də şifon yaylıq bağlamışdı. Qışqırdılar, “Yaxşı, qışqırmayın” deyib, sinəsindəki yaylığı endirib, aşağı hissəyə bağladı. Dedim, bir sərt çıxış edin, onu qovun. Dedilər, çimərlikdən gəlirlər. Necə yəni sən gedirsən kefini çəkirsən, sonra gəlirsən ziyarətgaha Allaha dua etməyə? Namaz qılırıq, elə olsun ki, əl-ayaq görünmür, ayağa corab geyinmək lazımdır, başında bir şey görünməməlidir. Bu, nə deməkdir? Biz nə vaxta qədər belə olacağıq?”.

admin

Related Posts