Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

“Təxribat məqsədilə Laçında basdırılmış minalar aşkar edilib” – MN

“Təxribat məqsədilə Laçında basdırılmış minalar aşkar edilib” – MN

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir”, – məlumatda deyilir.

Editor

Related Posts