Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Blinken Əliyevi qoşunları çıxarmağa çağırır

Blinken Əliyevi qoşunları çıxarmağa çağırır

Sentyabrın 18-də axşam ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Dövlət Departamentinin yaydığı məlumata görə, Blinken Ermənistanla Azərbaycan arasında son əməliyyatların dayandırılmasını alqışlayıb. O, Əliyevi “atəşkəsə əməl etməyə, hərbi qüvvələri çıxarmağa, Ermənistanla Azərbaycan arasında bütün mübahisələri məsələləri sülh danışıqları ilə həll etməyə çağırıb”.

Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd olunub. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Editor

Related Posts